SOCAR Tümendə tibb işçilərinə yardım edib - FOTO

17:20 22-05-2020 651

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - Rusiyanın Tümen vilayətində yerləşən Antipino Neft Emalı Zavodunun səhmdarı olan “SOCAR Enerqoresurs” şirkəti pandemiya ilə mübarizə aparan tibb işçilərinə yardım edib.

Bu barədə yerli mətbuat xəbər yayıb.

Məlumata görə, “SOCAR Enerqoresurs” şirkəti tümenli həkimlər üçün “Rezerv” mərkəzinə bir neçə min vahid fərdi müdafiə vasitələri yollayıb.

“Tümenli həkimlər hər gün koronavirusa yoluxan insanların həyatını xilas edir. Vəzifəmiz tibb işçilərinə sağlamlıqlarını qorumağa kömək etməkdir. Bu gün biz “Rezerv” mərkəzinə “SOCAR Enerqoresurs” şirkətinin Antipino Neft Emalı Zavodunun səhmdarının vəsaiti hesabına alınan iki min tondan artıq antiseptik, respirator, papaq, əlcək göndərdik”, - deyə, zavodun müdir müavini Kirill Baxmetyev bildirib.

Fərdi müdafiə vasitələrinin ümumi dəyəri 3 milyon rubl (71 765 AZN) olub. Əlavə 3 milyon rubl da “SOCAR Enerqoresurs” şirkəti tərəfindən “Virusa qarşı birlikdə” layihəsi çərçivəsində Tümen şəhərinin Xeyriyyə İnkişaf Fonduna köçürülüb.

Yaxın günlərdə Antipino Neft Emalı Zavodunun səhmdarı tibb işçiləri üçün müdafiə vasitələrinin üçüncü partiyasını yollayacaq.

Ötən ayın sonunda isə “SOCAR Enerqoresurs” şirkəti “Rezerv” mərkəzi üçün 3 700 müdafiə kombinezonu yollamışdı.