Şüşə parçası ilə qızı hədələdi, ancaq… - VİDEO

08:20 23-05-2020 507

Rusiyanın paytaxtında əlində şüşə parçası olan kişi yanacaqdoldurma məntəqəsini qarət etmək istəyib, ancaq buna nail ola bilməyib.

Bu barədə REN TV kadrlar yayımlayıb.

Bildirilir ki, naməlum şəxs YDM-in 32 yaşlı qadın əməkdaşını hədələyərək, kassada olan pulların ona verilməsini tələb edib. Lakin təlaşa düşən qız qışqırmağa başlayıb, bu da dələduzun qorxub qaçması ilə nəticələnib.

Polis artıq şübhəlini saxlayıb, hadisə ilə bağlı cinayət işinə başlanılıb.