Ukraynada COVID-19-a yoluxan həkimlərin sayı 4 000-ə çatdı

12:20 23-05-2020 455

Ukraynada koronavirusa yoluxan həkimlərin sayı son sutka ərzində 93 nəfər artaraq, 4 minə çatıb.

Bu barədə “RİA Novosti” ölkənin Səhiyyə naziri Maksim Stepanovun açıqlamasına istinadla xəbər yayıb.

Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirusa 20 580 yoluxma halı qeydə alınıb, bunlardan 605-i ölümlə nəticələnib, 6 929 nəfər isə virusdan sağalıb.

Son sutka ərzində koronavirusa yoluxması qeydə alınmış 432 nəfərin 60-nın uşaq olduğu bildirilir.

Pandemiya zamanı 1 494 uşaqda koronavirus aşkarlanıb.