Almatıda karantin rejiminin sərtləşdirilməsinin səbəbləri bəlli oldu

23:40 22-06-2020 352

Almatıda son zamanlar koronavirus infeksiyası ilə bağlı vəziyyət kəskin pisləşib.

Bu barədə şəhərin Baş sanitar həkimi Jandarbek Bekşin açıqlama verib.

O, vurğulayıb ki, epidemioloji vəziyyətin pisləşməsi daha çox şəhər sakinlərinin özünütərbiyəsindən asılıdır.

Bu barədə “Kazinform” məlumat yayıb.

Jandarbek Bekşin bildirib ki, bu gün Almatıda üç mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Buna görə infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün mövcud məhdudlaşdırıcı tədbirlərə əlavə olaraq əlavə tədbirlər görülüb.

“Heç kimə sirr deyil ki, koronavirusa yoluxma əsasən insanların sıx toplaşdığı yerlərdə və ictimai nəqliyyatda olarkən baş verir. Bunun qarşısını almaq demək olar ki, mümkün deyil. Buna görə də bu həftə sonu ictimai yerlərə girişi məhdudlaşdırmaq və orada kütləvi dezinfeksiya işləri aparmaq qərarı verilib. Xatırlatmaq istəyirəm ki, dezinfeksiya koronavirusun qarşısının alınması üçün əsas vasitədir və bu konsepsiyaya şəxsi gigiyena, tez-tez əl yuma, evin dezinfeksiyaedici maddələrlə yaş təmizlənməsi və otaqların havalandırılması da daxildir”, - deyə Bekşin izah edib.

Bundan əlavə o, Almatı sakinləri mövcud test vəziyyəti barədə məlumatlandırıb. Onun sözlərinə görə, şəhərdə gündə dörd min test etmək potensialı olan altı laboratoriya var.