Bakıda itkin düşmüş uşağın valideynlərini canlı yayımda tapdılar - FOTO

00:20 23-06-2020 338

Bakıda itkin düşmüş uşaq tapılaraq valideynlərinə təhvil verilib.

Bununla bağlı sosial şəbəkə istifadəçilərindən biri profilində canlı yayım edib.

O, qeyd edib ki, paytaxtın Nərimanov rayonu ərazisində, Heydər Əliyev mərkəzinin yaxınlığında təxminən 5-6 yaşlı qız uşağı tapılıb. Yayım zamanı istifadəçi bildirib ki, əgər uşağın valideynlərini tanıyan varsa, 18-ci polis bölməsinə məlumat versin.

Video sürətlə sosial şəbəkədə yayılıb.

Çox keçmədən həmin şəxs yazıb ki, artıq uşağın valideynləri tapılıb və körpə onlara təhvil verilib.