Münasibətlər pozulandan sonra beynin fəaliyyəti necə davam edir? - ARAŞDIRMA

02:40 23-06-2020 20

Yaxın adamla ayrıldıqdan sonra insanın beynindəki funksional əlaqələr müvəqqəti olaraq pozulur.

Rg.ru xəbər verir ki, bu qənaətə beyinin fəaliyyəti ilə bağlı yeni bir araşdırmadan sonra gəlinib.

Müəlliflərin fikrincə, beyin bağlantılarının bu cür hərtərəfli təhlili stres səbəbiylə ruhi pozğunluqların inkişafını proqnozlaşdırmaq üçün istifadə edilə bilər.

Qroningen Universitetinin alimləri Sonsoles Alonzo Martinez və həmkarları bildirib ki, araşdırmada altı ay əvvəl uzunmüddətli münasibətdən sonra ayrılan, hər biri 18-25 yaş arasında olan 69 könüllü iştirak edib.

Alimlər onlarda depressiya aşkar etməyiblər, ancaq ayrıldıqdan sonra depresif simptomların şiddətinin beynin funksional əlaqələri ilə təyin olunacağını ehtimal ediblər.

Bunun üçün gənclər sakit vəziyyətdə MRT-dən keçirilib. Burada vacib olan beynin kompleks fəaliyyətini başa düşmək olub. Beyin fəaliyyətini analiz etmək üçün məşhur bir metod tətbiq olunub, bu, onun hər hissəsinin onunla əlaqəli olan hissəsinə necə təsir etdiyini qiymətləndirməyə imkan verir. Beləliklə, funksional əlaqələrin gücünü və onların təbiətini, o cümlədən liderlik və xarici stimullara cavabını qiymətləndirmək mümkündür.

Təcrübənin nəticələrinə görə, alimlər belə qərara gəliblər ki, ayrılmanın stresli reaksiyası beynin fəaliyyətini kompleks şəkildə dəyişə bilər və bu ayrılığı qəbul etmə dərəcəsindən asılıdır. Beyinin analoji analizindən istifadə edərək həkimlər gələcəkdə stresli vəziyyət yaşayan insanda depressiyanın inkişaf edib-etməyəcəyini proqnozlaşdıra bilərlər.