ÜST: Pandemiyanın nəticələri on illərlə davam edə bilər

03:40 23-06-2020 18

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasının sürətləndiyini və təsirinin on illərlə davam edəcəyini bildirib.

Sondakika.com xəbər verir ki, o, bu barədə Dubaydan olan səlahiyyətlilər tərəfindən təşkil edilən virtual sağlamlıq forumunda çıxış edərkən deyib.

Baş katibin sözlərinə görə, dünyanın üzləşdiyi ən böyük təhlükə virus yox, qlobal birlik və liderliyin olmamasıdır:

“Virusu parçalanmış dünya ilə məğlub edə bilmərik. Pandemiyanın siyasiləşməsi problemi artırdı. Hamımız təhlükəsizlikdə olana qədər heç birimiz təhlükəsizlikdə deyilik”.