Nasistlərin əsir düşərgəsində saxlanılan uşaqların atıldığı quyu tapıldı

04:40 23-06-2020 329

Rusiyanın Orlov vilayətinin Krutovski qəsəbəsində tapılan quyuya nasistlər əsir düşərgəsində saxlanılan uşaqları atıblar.

REN TV xəbər verir ki, vilayət üzrə İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Yerli sakinlərin bildirdiyinə görə, İkinci Dünya Müharibəsi zamanı almanlar əsir düşərgəsindəki azyaşlıları bu quyuya atıblar.

İstintaq nəticəsində bu məsələyə cinayət-hüquqi qiymət veriləcək.