Moskvada taxtadan çoxmərtəbəli bina tikiləcək

09:00 23-06-2020 27

Rusiyanın Moskva şəhərində taxtadan çoxmərtəbəli bina inşa ediləcək.

“İnterfaks” xəbər verir ki, binanın tikintisi 2021-ci ilin yayına planlaşdırılır.

Bina CLT (cross-laminated timber) texnologiyasına uyğun olaraq inşa ediləcək - ağac panellər bir-birinə yapışdırılmış taxta qatlardan hazırlanacaq. Burada, əsasən, iynəyarpaqlı ağac materialından istifadə ediləcək.

Qeyd edilir ki, hələlik layihə üzərində iş aparılır. Layihələndirmə bitəndən sonra smeta hesablanacaq və binanın harada tikiləcəyi açıqlanacaq.