Beş yaşlı qızcığaz üç milyard funt sterlinq sərvət qazandı - FOTO

13:00 23-06-2020 439

Böyük Britaniya Kraliçası II Elizabetin nəticəsi Şarlotta beş yaşında olmasına baxmayaraq, 3 milyard funt sterlinq (5,1 milyard AZN) qazanıb.

Bu barədə “Star News” xəbər yayıb.

Qeyd edək ki, Şahzadə Uilyam və Keyt Midlton altı yaşlı Corc, beş yaşlı Şarlotta və iki yaşlı şahzadə Luini heç vaxt ictimaiyyətdən gizlətməyiblər, onları tez-tez müxtəlif tədbirlərə özləri ilə aparırlar.

Britnaiyalılar da kral ailəsinin bu fərdlərini, xüsusən dəbli geyimləri ilə qəlbləri ovlayan kiçik Şarlottanı sevirlər.

Beş yaşlı şahzadənin dəbli jurnallarda görüntülənən geyimlərinin şahzadə Harrinin xanımı Meqan Markl qədər satışa təsir etdiyi bildirilir.

Qeyd edək ki, şahzadə Corcun potensial aktivi 2,4 milyard funt sterlinq həcmində qiymətləndirilir.

Şarlottanın aktivlərinin çox olması onun moda sənayesinə təsiri ilə izah olunur.