Bu dəfə Dilarə Röyanı təkrarladı - FOTO

22:20 23-06-2020 26

“Avroviziya” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova paylaşımı ilə gündəmi silkələyib.

HerGun.Az xəbər verir ki, uzun saçlarını kürəyinə atan sənətçi üzərinə qara rəngdə uzun “oversize” pencək, altdan isə bodi geyinmiş halda foto çəkdirib.

Dilarə seksual pozası ilə şəkildə incə və fit ayaqlarını ön plana çıxarıb. D.Kazımova yaxın günlərdə təqdim edəcəyi fotosessiyası ilə Xalq artisti Röya Ayxanın qalmaqallı layihəsini təkrarlamış olub.

Dilarənin həm geyimi, həm də verdiyi cazibədar pozlar Röyanın aylar öncə yaratdığı obrazlarla oxşarlıq təşkil edib.

Diqqət çəkən məqam isə hər iki sənətçinin fotolarının müəllifinin peşəkar fotoqraf Ruslan Nəbiyev olmasıdır.

Qeyd edək ki, müğənni Dilarə Kazımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Sənətçi ilk addımlarını “Milk and kisses” qrupu ilə atıb. Daha sonra solo karyerasına başlayıb. 

Dilarə 2014-cü ildə Danimarkada keçirilən “Start a Fire” bəstəsi ilə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edib. 

Rəşad Əliyev