Britaniyada qəribə abidə tapıldı - FOTO

04:00 24-06-2020 349

Böyük Britaniyada arxeoloqlar Stounhenc yaxınlığında ən böyük arxeoloji sahəyə çevrilən qədim abidə tapıblar.

“İnternet Archaeology” xəbər verir ki, bu, onlarla nəhəng çuxurdan ibarət, iki kilometr diametri olan abidədir. Onun ölçüsü arxeoloqları 4 500 il əvvəl bu torpaqlarda yaşayan icmaların imkanları barədə fikirləri yenidən nəzərdən keçirməyə məcbur edib.

Stounhenc, ehtimal ki, dünyanın ən məşhur daş dövrü tikilisidir. Eyni zamanda, o, daha geniş arxeoloji abidə şəbəkəsinə daxildir.

Abidənin Darrinqton Uollsun bir neçə kilometr şimal-şərqində neolit dövrünə aid yaşayış məskəni olması təxmin edilir. Stounhencin qurucularının da burada yaşadığı güman olunur.

Rayonda daha əvvəl tapılan bir neçə çuxurun bu zamana qədər təbii mənşəli olduğu hesab edilib.