İran tarixində ilk dəfə min kilometrlik neft borusu inşa olundu

13:00 24-06-2020 35

İran Prezidenti Həsən Ruhani ölkənin cənubunda yeni, uzunluğu 1 000 km olan boru kəmərinin tikilib istifadəyə verilməsi sayəsində artıq neft ixracı üçün Hörmüz boğazından asılı olmadıqlarını deyib.

“Haber7” məlumat verir ki, Bəsrə körfəzi sahilində yerləşən Gurə şəhərindən Oman dənizinin sahilindəki Kask limanına çəkilmiş min kilometrlik neft boru kəməri ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir.

Ruhani bildirib ki, neft sənayesinə sanksiya tətbiq edilməsə, İranın gündəlik ixrac imkanı üç milyon barelə bərabərdir.