Müğənni Alişan xanımı və oğlu ilə birlikdə dəhşətli qəzaya düşdü - FOTO

17:40 24-06-2020 596

Alişan olaraq tanınan türkiyəli məşhur müğənni Serkan Burak Tektaş qəzaya düşüb.

“Hurriyet”in məlumatına görə, yol-nəqliyyat hadisəsi İzmir - İstanbul yolunda baş verib. İfaçının olduğu “Jeep”in oxu qırılıb, nəticədə, avtomobil maneəyə çırpılaraq, çevrilib və 30 metr sürüklənib.

Xoşbəxtlikdən, Alişan, xanımı Buse Varol və iki yaşlı oğlu Burak qəzadan xəsarətsiz xilas ola biliblər. Uşağın əcnəbi dayəsi isə təcili yardımla xəstəxanaya yerləşdirilib.

Jurnalistlərə verdiyi açıqlamada ifaçı qəza zamanı əvvəlcə nə baş verdiyi anlamadığını bildirib: “Böyük şok keçirdik, ölümdən qayıtdıq. Həyatımda ilk dəfə qəzaya düşürəm, veriləcək sədəqəmiz varmış. Sonradan gördük ki, avtomobilin arxa oxu qopub. Belə bir avtomobilin oxu necə qırıla bilər, təəccüb edirəm. Böyük şok yaşadıq”.