Qobustanda yük maşını minik avtomobili ilə toqquşdu: Yaralılar var - FOTO

18:20 24-06-2020 381

Qobustanda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.

HerGun.Az xəbər verir ki, “Mercedes" markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “Mercedes”də olan üç nəfər - 61 yaşlı Aydın Rəhimov, 28 yaşlı Elnur Qədirov, 24 yaşlı Şəhla Rəcəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.