Prezident Samuxda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub - FOTO

20:40 24-06-2020 529

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.