Həbsə girməmək üçün ağlagəlməz hiylə işlətdi

03:00 25-06-2020 27

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda əlil qıza təcavüz etməkdə şübhəli bilinən şəxs həbsə girməmək üçün hiylə işlədib.

“Sabah” xəbər verir ki, qonşuları əlil qızlarına təcavüz etməsi ilə bağlı evli, iki uşaq atası olan 44 yaşlı Ənvər Ç.dan polisə şikayət ediblər.

Altı ay təcridxanada qalan həmin şəxs növbəti məhkəmədən sonra sərbəst buraxılıb. Onun azadlıqda qalması şərti ilə istintaqın davam etdirilməsinə qərar verilib.

Ənvər Ç. “cinayətə qurban getdiyini” göstərmək üçün hiylə işlədib. Anasının məzarına gedərək qolunu kəsib və qanını ora töküb, avtomobilinin pəncərə və qapısını açıq qoyaraq yoxa çıxıb. Sonra onun yoldaşı polisə gedərək ərinin öldürüldüyü ilə bağlı şikayət edib.

Polis araşdırma apararaq, Ənvər Ç.-nın arvadı ilə telefon danışıqlarını müəyyən edib. O, tapılaraq tutulub. İfadəsində Ənvər Ç. bu addımı həbsə düşməmək üçün etdiyini bildirib.

O, prokururun tələbi ilə qərar verilənə qədər sərbəst buraxılıb.