Orqanizmin sağlamlığını tər damcısına əsasən öyrənmək mümkün olacaq

06:40 25-06-2020 26

Çinin Siantan Universitetinin alimləri təri analiz etməklə orqanizmin sağlamlığını izləyən mini cihaz yaradıblar.

Bu barədə “Ridus” xəbər verib.

Alimlərin sözlərinə görə, hamımız tərləyirik və bu, tamamilə normal fizioloji prosesdir. Tərdə bir çox xəstəliklərin diaqnozu üçün yaxşı göstərici olan Ph və qlükoza kimi bir çox biomarkerlərimiz var.

Cihaz tər vəzlərinin yaxınlığında dəriyə yapışan lentlə yerləşəcək.

Sözügedən qurğu hidrofobik-su itələyici klapanı olan bir neçə kameranın quraşdırıldığı mini qabdadır.

Tərtibatçılar cihazın həkimlər və idmançılar üçün faydalı olacağına əmindirlər, çünki bədənin həddindən artıq istiləşməsini izləyə və ya fiziki fəaliyyət səviyyəsini tənzimləyə biləcəklər.