Deputat bələdiyyələrlə bağlı baş nazirə müraciət etdi

11:40 25-06-2020 381

“Təəssüflər olsun ki, bələdiyyələrə 2020-ci ilin büdcəsində nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb”.

HerGun.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov deyib.

O bildirib ki, Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir.

“Bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”, - deyə K.Bayramov əlavə edib.

Millət vəkili Baş nazir Əli Əsədovdan xahiş edib ki, məsələyə dair qərar mümkün qədər tez qəbul olunsun. 

Aqşin Kərimov