“Döyüləndə deməlidir ki, bəh-bəh, mənə ərimin şilləsi dəydi” - VİDEO

13:40 25-06-2020 66

Əməkdar artist Elza Seyidcahan şiddəti dəstəklədiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni bunu “Bizimləsən” proqramında qonaq olarkən bildirib.

O, xanımından şikayətçi olan bəyin müzakirəsinə qoşularaq, “arvad döyülər” fikrini irəli sürüb.

Əməkdar artist “gedib yoldaşını gizlində döyərdin, üzünü göyərdərdin, amma uşaqlarına deməzdin. Ondan boşanardın, uşaqlara deyərdin ki, ananız xəyanət etməyib” deyərək, qonağa məsləhət verib. 

Aparıcı Zaur Baxşəliyev E.Seyidcahanın bu sözlərinə etiraz etsə də, ifaçı fikrindən dönməyib:

“Qadınları sındırır, şiddətdən betərini edirlər. Qadın kişini sevirsə, şilləsinə dözər. Deməlidir ki, bəh-bəh, mənə ərimin şilləsi dəydi. Arvad kişi tərəfindən döyülər”. 

Qeyd edək ki, müğənni bundan əvvəl xəyanəti dəstəklədiyini bildirmişdi.