Yaşlı kişini ölümcül döyüb, pul və medallarını oğurladılar - VİDEO

01:40 26-06-2020 35

93 yaşlı İkinci Dünya müharibəsi veteranının evinin qapısını qırıb, yaşlı kişini döyüb, daha sonra mənzildə axtarış aparıblar.

Oğrular veteranın ümumi dəyəri 1,6 milyon rubldan çox olan (39 321 AZN) pul, orden və medallarını götürərək mənzili tərk ediblər.

360 TV-nin məlumatına görə, qorxunc hadisə Rusiya paytaxtında baş verib.

Hücumdan bir neçə gün sonra kişi xəstəxanada ölüb. İstintaq cinayətkarlardan ikisini saxlayıb (onlar qardaşdır), üçüncüsü isə hələ axtarışdadır.

O da məlum olub ki, qətldən az əvvəl müttəhimlərdən biri küçədən keçən qadını qarət edib.

İstintaq artıq bitib, iş məhkəməyə verilib.