Yeddi aylıq uşaq qazanda boğuldu - FOTO

03:20 26-06-2020 371

Yeddi aylıq uşaq  içərisində soyuq su olan qazanda boğulub.

“47news”un məlumatına görə, qorxunc hadisə Rusiyanın Leninqrad vilayətində yaşanıb.

Nəşrin məlumatına görə, iyunun 24-də polis bölməsinə kənd evlərinin birində mətbəxdə su qabında uşaq meyiti aşkarlandığı barədə məlumat daxil olub.  

Qazanın uzunluğunun 30 sm olduğu vurğulanıb.

İlkin ehtimallara görə, uşaq boğulub, ancaq dəqiq ölüm səbəbi ekspertizadan sonra aydınlaşacaq.

Məlumdur ki, uşağın valideynləri Özbəkistandan Rusiyaya köçüblər. Uşağın 29 yaşlı atasının sözlərinə görə, tarlada işləyirdi, 23 yaşlı ana isə həmin vaxt oğlu ilə olub, lakin 10 dəqiqəlik çıxıb.

Hər iki şəxs saxlanılıb. Məlum olub ki, valideynlərin qeydiyyat problemi var, uşağın isə ancaq doğum haqqında şəhadətnaməsi olub.

Hadisə ilə bağlı istintaqa başlanılıb.