Cəmi bir neçə addımı onu ölümdən xilas etdi - VİDEO

03:40 26-06-2020 32

Küçədə telefonla danışan şəxs ölümün bir neçə addımlığından xilas olub.

REN TV bununla bağlı kadrları yayımlayıb.

Hadisə Rusiyada baş verib. Müşahidə kamerası tərəfindən qeydə alınan kadrlardan görünür ki, bir gənc telefonla danışa-danışa o yan-bu yana gedir. Bu zaman yuxarıdan iri bir kərpic parçası saniyələr əvvəl onun dayandığı yerə düşür və səkərək başının üstündən keçir.

Məlumata görə, kişi beş uşaq atasıdır.