Aygün Kazımova karantinə alındı - VİDEO

23:20 26-06-2020 585

Xalq artisti Aygün Kazımovanın köməkçisi və onun ailəsi koronavirusa yoluxub.

HerGun.Az xəbər verir ki, bununla bağlı müğənni “Instagram” hesabında məlumat verib.

Sənətçi bildirib ki, bu səbəbdən o da çox sevdiyi səhnədən uzaq düşüb və karantinə alınıb.

Aygün Kazımova koronavirusun varlığına şübhə ilə yanaşanlara səslənərək, məsələnin ciddiliyinin fərqinə varmağa və özlərini qorumağa çağırıb.