Rusiya iddiaları təkzib etdi: ABŞ hərbçilərinin sifarişli qətlləri...

18:20 27-06-2020 386

Rusiya Xarici İşlər Nazirliyi ölkənin Əfqanıstanda ABŞ hərbçilərinin sifarişli qətllərində əli olması ilə bağlı məlumatları saxta adlandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya XİN sözügedən məlumatların ABŞ kəşfiyyatının təbliğatçılarının aşağı intellekt səviyyəsini göstərdiyini qeyd edib.

Nazirlik, həmçinin, ABŞ kəşfiyyatının narkotrafik, terrorçulara pul verilməsi kimi hadisələrdə iştirakı olduğunu vurğulayıb.

Xatırladaq ki, “The New York Times” Rusiya tərəfinin koalisiya qüvvələri, həmçinin, ABŞ qoşunları üzvlərinin məhvi üçün döyüşçülərə gizli şəkildə mükafat təklif etdiyini yazmışdı.