Kafedə olarkən ürəyi dayandı

20:00 27-06-2020 319

Mingəçevirdə kafedə bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Ruslan Kamandar oğlu Əsgərov kafedə olarkən özünü pis hiss edib. Təcili tibbi yardım gələnədək R.Əsgərov keçinib.

Onun hansı səbəbdən öldüyü bəlli deyil. Meyit məhkəmə tibbi ekspertizası üçün morqa aparılıb.

Faktla bağla araşdırma aparılır.