Anasının bətnində normal görünən körpə əlsiz-ayaqsız doğuldu

05:20 29-06-2020 25

Hindistanın Uttar Pradeş ştatında əlləri və ayaqları olmayan qız uşağı dünyaya gəlib. İşin maraqlı tərəfi odur ki, ananın hamiləlik vaxtı keçdiyi bütün ultrasəs müayinələrində dölün inkişafının normal getdiyi görünüb.

“Daily Star” xəbər verir ki, həkimlərin sözlərinə görə, qızcığazda çox nadir rast gəlinən autosom-resessiv anadangəlmə pozğunluq aşkarlanıb.

Tetraameliya adlanan bu sindrom körpənin ətraflarından heç birinin olmaması ilə nəticələnib.

Yaxın günlərdə körpənin xəstəxanada əlavə müayinələrdən keçiriləcəyi gözlənilir. Həkimlər onun başqa hansı xəstəliklərinin olduğunu araşdıracaqlar.

Qeyd olunur ki, tetraameliya sindromu hər 100 min körpədən birində rast gəlinən nadir haldır. Əksər hallarda belə uşaqlarda ağciyərlərin də normal inkişafdan qalması müşahidə olunur.