Karantin postundan iki dəfə geri qaytarılan sürücüdən qeyri-adi addım - VİDEO

10:40 29-06-2020 21

Ölkədə elan edilən xüsusi karantin rejimi zamanı sərnişinlərə görə iki dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları maşının baqajında keçirməyə cəhd edib. 

HerGun.Az-ın məlumatına görə, hadisə gecə saat 00:40 radələrində Bakı-Şamaxı yolunda yerləşən xüsusi karantin postunda qeydə alınıb.

Belə ki, “Mercedes” markalı, 90-GC-773 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu avtomobilin baqaj hissəsində Bakı şəhər sakinləri Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu postdan rayon istiqamətinə keçirməyə cəhd edib.

Bu zaman Baş Dövlət yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları onları saxlayıb və barələrində inzibati tədbir görüblər.

İlhamə Əbülfət