Yaponiya G7-nin genişləndirilməsinə qarşı çıxdı

04:20 30-06-2020 418

Yaponiya “Böyük yeddiliy”in hazırkı strukturunun saxlanılmasında təkid edir.

Bu barədə TASS Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqaya istinadən məlumat yayıb.

“Görüşün keçirilməsinin yekun formatını razılaşdırmaq ABŞ-ın işidir. Ancaq biz “yeddiliy”in bugünkü strukturunun qorunmasını olduqca əhəmiyyətli hesab edirik”, - deyə, Y.Suqa ABŞ Prezidenti Donald Trampın sammitə Rusiya, Hindistan, Avstraliya və Cənubi Koreyanı dəvət etmək niyyətinə münasibət bildirib.