Şahzadə Uilyam və Keyt Midltonun iqamətgahında xüsusi cəza otağı var

18:00 30-06-2020 29

Şahzadə Uilyam və Keyt Midltonun iqamətgahında xüsusi cəza otağı mövcuddur. Orada psixoloqların kabinetində olduğu kimi, sadəcə bir oturacaq var. Balaca varis səhv iş gördükdə həmin otağa aparılır.

Bu barədə “Star News” kral ailəsində uşaqlara cəzavermə üsulundan məlumat verərkən xəbər yayıb.

Bildirilir ki, həmin otaqda uşaqla sakit şəkildə söhbət aparılır. O, səhvini başa düşdükdən və üzr istədikdən sonra otaqdan buraxılır.

Nəşrin məlumatına görə, uşaqlar üçün ən böyük cəza müəyyən müddət bacı-qardaşları ilə oynamağın qadağan edilməsidir.