Hikmət Hacıyevdən evdə müalicə olunacaq şəxslərlə bağlı AÇIQLAMA

18:20 30-06-2020 20

“Ev şəraitində müalicə olunacaq yüngül simptomlu xəstələrə dövlət tərəfindən yardım paketlərinin hazırlanmasına dair fikir mübadiləsi aparılır”. 

HerGun.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, vətəndaşların çətin vəziyyətdə psixoloji durumları da nəzərə alınaraq, bu xəstələrə sosial yardım paketlərinin hazırlanması istiqamətində danışıqlar gedir.

Könül Cəfərli