“Netflix”dən “Cadugər” filmi ilə bağlı izləyiciləri sevindirəcək xəbər

02:00 29-07-2020 606

“Netflix” striminq xidməti “Cadugər” (“The Witcher”) serialının yeni hissəsi barədə elan edib.

Bu barədə servisin “Twitter” hesabında məlumat verilib.

Yeni serial “Cadugər: Qanın mənşəyi” (“The Witcher: Blood Origin”) altı hissədən ibarət olacaq. Burada Riviyalı Heraltın meydana çıxmasından 1200 il əvvəl - divlər, insanlar və elflərin bir-birinə qarışdığı, ilk cadugərin meydana gəldiyi tarixdən danışılacaq.

Çəkilişlərin başlanma tarixi barədə məlumat verilməyib.

Qeyd edək ki, serialın ilk hissəsi “Netflix”in ən populyar layihəsi olub. Baş rolunu Henri Kavillin oynadığı “Cadugər” dekabrın 20-də ekranlara verilib.