Sahildə tapılan qəribə canlılar mübahisəyə səbəb oldu – FOTO

03:20 29-07-2020 388

Avstraliyanın Mancera şəhərinin sakini sahildə qeyri-adi canlılar aşkarlayıb. O, yeni tapıntıları barədə şəkilləri sosial şəbəkədə paylaşdıqdan sonra istifadəçilər arasında böyük mübahisələr yaranıb.

Bu barədə “Yahoo News” xəbər yayıb.

Məlumata görə, uzunmüddətli diskusiyalardan sonra qeyri-adi yumurtaya bənzəyən canlıların birinin aktiniya, digərinin asisid olduğu qənaətinə gəlinib.

Qalanları barədə isə mübahisələr davam edir.