Taxta parçası ilə satıcıya ağır xəsarət yetirdi - VİDEO

04:40 29-07-2020 492

Türkiyənin Trabzon şəhərində əlində taxta parçası ilə mağazaya daxil olan şəxs satıcını amansızcasına döyüb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, insidentdən xəbər tutan ətrafdakı insanlar satıcının köməyinə gəlib və hücumu həyata keçirən şəxsi tutaraq polisə təhvil veriblər.

İlkin məlumata görə, hadisəni törədən şəxs Özbəkistan vətəndaşıdır. Onun hansı səbəbdən satıcıya ağır xəsarət yetirməsi araşdırılır.