Yayılan yeni aqressiv və təhlükəli virusa görə Vyetnamda hava limanları bağlandı

06:20 29-07-2020 391

Vyetnamda yayılan yeni aqressiv koronavirusa görə Dananq şəhəri ilə hava rabitəsi dayandırılıb.

Bu barədə “Reuters” xəbər yayıb.

28 iyuldan başlayaraq 15 gün ərzində Dananqa təyyarələrin uçuşu ləğv olunub.

Qeyd edək ki, yeni növ koronavirus ilə yoluxmuş xəstələrin sayı, demək olar ki, üç dəfə artaraq - 11 nəfərə çatıb, halbuki daha əvvəl dörd nəfərin bildirilmişdi.

Vyetnam hökumətinin məlumat portalına görə, Vyetnamın Dananq şəhərində və ətraf əyalətlərdə qeydə alınan koronavirus infeksiyasının yeni növü - əvvəllər məlum olanlardan daha aqressiv və təhlükəlidir.