Masallı sakini qonşusunu və onun oğlunu güllələyib

01:40 30-07-2020 578

Masallı rayonunda qonşular arasında güllələnmə hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərov qonşuları - 1989-cu il təvəllüdlü Vüqar İsmayılov və onun atası, 1960-cı il təvəllüdlü Valeh Məmmədrəsul oğlu İsmayılova ov tüfəngindən iki güllə atıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Biri qol, digəri isə diz nahiyəsindən yaralanan ata və oğulun vəziyyəti orta-ağırdır.

Ailə münaqişəsi zəminində baş verən hadisəni törədən H.Cəfərov Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.