Bu gün AFFA-nın fövqəladə iclası keçiriləcək

02:00 30-07-2020 411

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

HerGun.Az xəbər verir ki, iyulun 30-dakı tədbir videokonfrans formatında təşkil olunacaq.

Saat 14:00-da başlayacaq iclasın gündəliyinə daxil olunan yeganə məsələ “Qəbələ” və “Zirə” klublarının müraciətidir.

Hər iki klub Azərbaycan Premyer Liqasının 2020/21-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsi ilə bağlı müraciət ünvanlayıb.

Komitə müraciətləri müzakirə edərək müvafiq qərar verəcək.

Zaur Xudiyev