Yelləncək qırıldı: İki uşaq ağır xəsarət aldı - VİDEO

02:20 30-07-2020 391

Qazaxıstanda yelləncəkdə əylənən iki yeniyetmə qız ağır xəsarət alıb.

“Daily Mail” agentliyi xəbər verir ki, insident ətrafdakı binaların birinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Yelləncəyin qırılması nəticəsində hər iki uşaq kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsi zədəsi ilə xəstəxanaya yerləşdirilib.