Bakıda mənzildən meyit tapıldı

10:20 30-07-2020 413

Bakıda mənzildə ölüm hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə iyulun 29-da Nizami rayonunda, Ş.Mirzəyev küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Belə ki, həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Oleq Spridonovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.