Azərbaycanda dəhşətli qəza: Ər-arvad maşında yanaraq öldü

17:00 30-07-2020 385

Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə Göygöldə - Hacıməlik yolunda baş verib. 

Baş verən qəza zamanı Daşkəsən rayon sakinləri - 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allahverən qızı maşında yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət