Pandemiyaya görə surroqat analar dünyaya gətirdikləri uşaqlara özləri baxırlar

05:20 31-07-2020 385

Rusiyada surroqat analardan doğulan minə yaxın körpə COVID-19 pandemiyası ilə əlaqədar sərhədlər bağlı olduğuna görə ölkəni tərk edə bilmir.

Bu barədə “The Guardian” nəşri yazıb.

Bildirilir ki, bəziləri fevral ayında dünyaya gələn uşaqlara əsasən Moskva, Sankt-Peterburq və digər Rusiya şəhərlərindəki kirayə mənzillərdə dayələr baxır.

Surroqat analar vasitəsilə doğulan uşaqlar, adətən, doğuşdan bir neçə gün sonra valideynlərinə verilir, lakin pandemiya səbəbindən bəzi valideynlər surroqat analardan uşaqlara qayğı göstərmələrini istəməli olublar.

Qeyd olunur ki, Çindən 180 ailənin Rusiyadan gələn surroqat anaları olan uşaqları var. Eyni zamanda, Rusiya Federasiyasında surroqat anadan doğulan, ailələri Sinqapur, Fransa, Argentina, Avstraliya və Filippində olan uşaqlar var.