Yol kənarında dayanan motosikletçi təsadüf nəticəsində sağ qaldı - ANBAAN VİDEO

06:40 31-07-2020 426

Hindistanda yol kənarında dayanan motosikletçi təsadüf nəticəsində sağ qalıb.

“Haber7” məlumat verir ki, hadisə ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Videoda hərəkətdə olan buldozerin gözlənilmədən qarşı yola çıxaraq, minik avtomobili ilə toqquşduğu əks olunub.

Xoşbəxtlikdən, qəza keçirən minik avtomobili yol kənarında dayanan motosikletçiyə sürətlə çırpılmır və o, yüngül xəsarət alır.