Sürücü şıltaq uşaqlara qəzəblənib anaları ilə birgə maşından atdı - VİDEO

17:40 01-08-2020 588

Sürücü iki uşaqlı qadını şəhərlərarası yolun ortasından çamadanları ilə birlikdə maşından yerə atıb. 

Bununla bağlı kadrları NTV yayımlayıb.

Məlumata görə, hadisə Rusiyada baş verib.

Qadın azyaşlı uşaqları ilə birlikdə Gelencikdən Soçiyə yollanırmış. Lakin yolda uşaqların şıltaqlığı sürücünün xoşuna gəlməyib.

Polis sürücü ilə bağlı yoxlamalara başlayıb.