Obameyanq şou göstərdi, “Arsenal” İngiltərə kubokuna sahib oldu - VİDEO

23:00 01-08-2020 500

Bu gün İngiltərə kubokunda final oyunu keçirilib.

HerGun.Az xəbər verir ki, həlledici oyunda “Arsenal” və “Çelsi” qarşılaşıb. 

Londonun “Uembli” stadionunda baş tutan qarşılaşmada “Çelsi” hesabı açıb. Ancaq “Arsenal” elə ilk hissədə bərabərlik qolunu vurub, 28-ci dəqiqədə Obameyanq təyin olunmuş penaltini uğurla yerinə yetirib. 

İkinci hissədə Obameyanq “Arsenal”ın qələbə topunu vurub və qarşılaşma “topçular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla “Arsenal” 14-cü dəfə İngiltərə kubokunun sahibi olub.

 ötən il mayın 29-da Bakıda keçiriln UEFA Avropa Liqasının finalıdan “Arsenal” və “Çelsi” üz-üzə gəlmişdi. Həmin qarşılaşmada “Çelsi” 4:1 hesablı qələbəyə sevinmişdi.