Millimizin yeni baş məşqçisindən Azərbaycan dilində paylaşım - FOTO

01:20 02-08-2020 483

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazi komandamızın üzvlərinə müraciət edib. 

O, bununla bağlı “Facebook” hesabında paylaşım edib. 

“Salam, uşaqlar. Artıq Millətlər Liqasinin başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdı: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, həmçinin qürurla milli yığmanı böyük zirvələrə aparmaq hissi. Tezliklə görüşənədək”.

Qeyd edək ki, 64 yaşlı italiyalı mütəxəssis ilə müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.