Millimizin hücumçusundan bir qol, bir ötürmə - VİDEO

13:40 02-08-2020 456

ABŞ-ın birinci liqasında (USL Championship) 5-ci turun oyunları davam edir.

HerGun.Az xəbər verir ki, milli komandamızın hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” öz meydanında “El Paso”nu qəbul edib.

Matçda hesabı qonaqlar açsa da, yekunda “Finiks Rayzinq” 3:1 hesablı qələbəyə sevinib.

Oyuna start heyətində başlayan Rüfət 19-cu dəqiqədə penaltidən hesabı bərabərləşdirib. Dadaşov bundan əlavə, komandasının ikinci qolunun vurulmasında da ötürmə ilə iştirak edib.

Bu, millimizin üzvünün mövsümdəki 4-cü qolu olub.

Qeyd edək ki, “Finiks” hazırda 5 oyundan sonra 10 xalla B qrupunda ikinci pillədə yer alıb.