Həmkarlarını zorlayan Britaniyalı sabiq nazir tutuldu

22:00 02-08-2020 352

Böyük Britaniyanın sabir naziri və Mühafizəkarlar Partiyasının parlamentdəki nümayəndəsi həmkarını zorladığı ittihamı ilə tutulub. 

Bununla bağlı “Sunday Times” məlumat yayıb. 

Onun adı hələlik açıqlanmasa da, yaşının 51 olduğu bildirilir. Hazırda şübhəli şərti olaraq azadlığa buraxılıb. 

Məlumatlara görə, onunla uzun müddət yaxın münasibətdə olan parlamentin üzvü məsələ ilə bağlı polisə şikayət edib. Qadın bildirib ki, sabiq nazir onunla komud rəftar edib və zorlayıb.

Həmin şəxsin neçə nəfərə və hansı vaxtlarda təcavüz etdiyi açıqlanmayıb.