“Sabah” monteneqrolu müdafiəçini transfer etdi - VİDEO

00:20 03-08-2020 52

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.