Dünyanın ən yaraşıqlı kişisi bu gün dəfn edilir

13:20 09-09-2020 54

Tanınmış çexiyalı idmançı Yakub Şubrt 32 yaşında qəfil vəfat edib. O bu gün Broumov şəhərində dəfn ediləcək.

Bu barədə yaxınları idmançının “Facebook” səhifəsində yazıblar.

Ronnie.cz xəbər verir ki, onun ölüm səbəbi orqan çatışmazlığı olub.

Şubrt yeniyetməliyindən bodibildinqlə məşğul olub.

21 yaşında dünyanın ən yaraşıqlı kişisi seçilən çexiyalı idmançı 2014-cü ildə Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası (IFBB) tərəfindən təşkil edilən “Olympia Amateur Europe” turnirində üçüncü yeri tutub.