Azərbaycan Milli Xalça Muzeyi təcrübə proqramı elan edir

19:00 09-09-2020 434

Azərbaycan Milli Xalça Muzeyi təcrübə keçmək istəyənlər üçün qəbul elan edib.

“Bizim layihəmizin dörd yaşındadır və bu müddət ərzində yüzdən çox insan muzeydə üç aylıq təcrübə keçib. Onların arasında bizdə işə qəbul olanlar da oldu. Muzey dövrünün hadisələrinə çox həssas rəaksiya verən canlı orqanizmdir. Biz özümüz kadr yetişdiririk, təkcə ixtisas qazandırmaqla kifayətlənməyib təcrübə keçənlərin bacarıqlarını təkminləşdirməyə, yaradıcılıq potensialını üzə çıxarmağa kömək edirik”, - Azərbaycan Milli Xalça  Muzeyin direktoru Şirin Məlikova öz “Facebook” səhifəsində yazıb.

O, ümid edir ki, fərqli xarakterlərə və psixotiplərə sahib insanlar muzeydə özlərinə tapa və bacarıqlarını ortaya qoya biləcəklər.

Ş. Məlikova qeyd edir ki, Azərbaycan Milli Xalça Muzeyində təcrübə keçən şəxslər bələdçi, fondun əməkdaşı, təhsil və digər şöbələrdə çalışaraq, özlərini müxtəlif vəzifələrdə sınayırlar.

Muzey direktorunun sözlərinə görə, üç ay müddətində özünü doğruldanlar muzey sahəsində müəyyən bacarıqlara yiyələnir və onlara sertifikat təqdim olunur.

“Qeyd etmək istəyirəm ki, bizdə yaş məhdudiyyəti yoxdur, biz həm tələbələri həm də ali təhsil müəssisəsini bitirənləri təcrübə proqramına qəbul edirik. Təəssüf ki, bizim dövrümüzdə diplomun olması işçinin ixtisaslı olmasına zəmanət vermir, ona görə də işçilərimizi özümüz hazırlayırıq”, -  deyə muzey işi ilə maraqlanan hər kəsi təcrübə keçməyə dəvət edən Ş.Məlikova söyləyib.